Podqoritsa (Podgorica) – Monteneqronun paytaxtı. Burada ilk baxışdan anlaşılan odur ki, paytaxt yenidir. Əvvəl də yazdığım kimi Serbiya ilə bir dövlət olduqları müddətdə ümümi paytaxt Belqrad sayılırdı və referendum nəticəsində serblərdən ayrılandan sonra paytaxt məsələsi gündəmə gəldi. 2006-cı ildə Podqoritsanı Monteneqronun paytaxtı elan etdilər. Şəhər çox balacadır və buradan axan çayın üzərindən atılan “Millenium” körpüsündən başqa baxılacaq bir 100 ilin məscidi və saat qülləsi vardır. Deyərdim bu qədər amma biz azərbaycanları burada bir sürpriz gözləyir: şəhərin ən mərkəzi parkını Azərbaycan höküməti salıb, bu səbəbdən gerbimizi görəndə qürur və sevinc hissi məni bürüdü. Bununla da bura ilə tanışlığımı tamamladım. Növbəti ölkə İn Şaa Allah Bosniyadır.