A PHP Error was encountered

Severity: 8192

Message: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated

Filename: core/Lang.php

Line Number: 100

Backtrace:

File: /home/days/public_html/index/application/controllers/Welcome.php
Line: 33
Function: load

File: /home/days/public_html/index/index.php
Line: 315
Function: require_once

158 gün
Montenegro
Budva, Montenegro
03.10.2021 212

Qaradağ və Monteneqro

Albaniyadan Monteneqroya quru sərhəd keçidi ən rahatı oldu. Maşından çıxmadan cəmi bir pasport yoxlaması ilə bir ölkədən digərinə keçdik. Əslində Balkanlara ümumiyyətlə ilk dəfə gəldikdə hər ölkəni yenidən kəşf edirdim. Buranın təbiəti Albaniyadan çox seçilir: dağlar, meşələr, serpantinli yollar. Deyilənə görə, Qaradağ təbiət baxımından keçmiş Yuqoslaviya respublikaları arasında ən gözəlidir, nə deyirəm, gəzib baxacayıq. Amma onu bilirəm ki, cəmi 15 il öncə Serbiyadan ayrılmaqlarına baxmayaraq Avropa məkanında sürətlə inkişaf edən ölkə adını daşıyır və bu inkişaf əsasən turizm sektorunda özünü göstərir. Elə biz də Tiranadan birbaşa buranın turizm mərkəzi sayılan Budva şəhərinə gəldik və yanılmadıq. Çox gözəl şəhərdir; özünün tarixi içəri şəhəri vardır, gəziləcək yerləri və əsasən də gözəl çimərlikləri ilə məşhurdur. Allahdan hava da gözəl idi; 25 dərəcə burada 30 kimi hiss olunurdu. Millət dənizdə çimirdi, biz də dözməyib Adriatik dənizinə baş vurduq. Gözəl dincəlib, xoş xatirələrlə buradan ayrıldıq.

ƏN SON
instagram