A PHP Error was encountered

Severity: 8192

Message: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated

Filename: core/Lang.php

Line Number: 100

Backtrace:

File: /home/days/public_html/index/application/controllers/Welcome.php
Line: 33
Function: load

File: /home/days/public_html/index/index.php
Line: 315
Function: require_once

158 gün
Chile
Rapa Nui Isla de Pascua
22.02.2020 197

Pasxa adası.
1722-ci ildə tanınmanış bir holland missioneri xristianların Pasxa bayramı günü naməlum bir adaya rast gəlir, bundan sonra nəhəng okeandakı bu kiçicik torpaq sahəsi bütün dünyaya məşhurlaşır.
İlk əvvəl buranın adı “dünyanın göbəyi” mənasını verən “Te pito Huna” olmuşdur. Əslində isə əvvəllər “dünyanın göbəyi” Hiva adasında yerləşirdi. Günlərin birində ada suyun altına getməyə başlayır və Hiva xalqının kralı Hotomatua yaşamaq üçün yararlı başqa yer tapmağı əmr edir. Yeddi cəsur adam toplaşıb əldəqayırma katamaranlarla okeanda yeni ada axtarışına yollanırlar. Bir müddətdən sonra onlar yaşayış olmayan bir adaya rast gəldrlər, gənclər adanı dolaşaraq yeni yaşayış məskəni üçün yararlı olduğuna əmin olurlar. Bundan sonra, təxminən eramızın VII əsrində artıq batmış adanın 200 sakini bu gün bizim Pasxa adası kimi tanıdığımız bu adada məskən salır.
Son 20 ildir ki yerli əhali adanın adının Pasxa ilə ortaq heç nəyi olmadığı üçün Rapa Nui olaraq dəyişirilməsi üçün mübarizə aparır. Bu istiqamətdə kiçik uğurlar əldə etmişlər, bu gün Pasxa adı ilə yanaşı həm də yerli ad işlədilir.
Adaya əsl məşhurluğu yüz illərlə torpağa basdırılmış üzü aşağı halda qalmış daş bütlər gətirmişdir. Əgər məşhur alim Tur Heyerdal Cənub Amerika xalqlarının Polineziya adalarına köçürülməsi tarixini tədqiq etməyə başlamasa, onlar elə beləcə də qalacaqdılar. Alim hətta öz fərziyyəsini təsdiqləyə bilmişdir, bunun üçün papiros ağacından hazırlanmış Kon Tiki qayığı ilə Sakit okeanı üzüb keçərək Polineziyaya çatmışdır. Sonralar yeni texnologiyaların yaranması ilə Pasxa adasının yerli sakinlərinin DNT (DNK) nümunələri onların dahi alimin iddia etdiyi kimi İnk hinduları ilə deyil, məhz polineziyalılarla qohumluğunu təsdiq etdi.
Bütlərə qayıdaq. 1950-ci ldə Pasxa adasına səfərlərindən birində Tur Heyerdal vaxtilə 7 gəncin və sonradan bütün xalqın adaya ayaq basdığı həmin yeri tapır və elə oradaca Moai heykəllərindən birini aşkar edir. Bu yer Anakena çimərliyi idi. Tur Heyerdal qədim insanların etdiyi kimi taxta konstruksiyaların köməyilə onu qaldıraraq əvvəlcədən hazırlanmış kürsü üzərinə qoyur. İxtira haqqında xəbər bütün dünyanı dolaşır. 

Müxtəlif fərziyyələr, ehtimallar irəli sürülür, kimisi bunun kosmosla əlaqələndirir, kimisi mistik olduğunu deyir. Tapıntılar bir çox tanınmış arxeoloq alimlərin diqqətini çəkir. Bunlardan biri həyatının qalan hissəsini adada keçirmiş və demək olar ki, bütün məlum Moai heykəllərini aşkar etmiş Uilyam Maloy olmuşdur. Beləcə, daş bütlər buranı səyahətçilər üçün ən arzulanan yerlərdən birinə çevirmişdir.
Bütlərdən əlavə səyahətçiləri buraya cəlb edən Rapa Nui xalqının adət-ənənələridir. Hər il yanvar ayında burada iki həftəlik bayram festivalı keçirilir. Festivalın kulminasiyası yerli gənclər arasından seçilən adanın kral və kraliçasının tacqoyma mərasimidir. Dünyanın hər yerindən bir çox turistlər həm buranı gəzmək, həm də bu rəngarəng mərasimi görmək üçün adaya məhz həmin günlərdə gəlməyə çalışır. Əlbəttə ki, kral və kraliça formal xarakter daşıyır, baş verənlər isə daha çox turist cəlb etmək üçün yerli şoudur. Turizm ada sakinlərinin əsas gəlir mənbəyidir.
Gəlin sizə həqiqətən də mövcud olmuş ənənə haqqında danışım. Qədim zamanlarda adada Quş-Adamı ənənəsi var idi. Seçimlər ildə bir dəfə yazın gəlişi ilə keçirilirdi. Seçimlərdən əvvəl müxtəlif klanlardan olan döyüşçülərin iştirak etdiyi müəyyən müsabiqələr keçirilirdi. Pasxa adasının yanında iki kiçik ada var: KauKau və Moto İti. Yazda buraya dəniz qaranquşları gəlib yumurta qoyurdular. Müsabiqənin məğzi adaya qədər üzüb, yumurtanı götürüb, sağ-salamat şəkildə öz sahibinə gətirmək idi. Yumurta ilə yanaşı həmdə öz canın qayğınada qalmaq lazım idi, çünki suda köpək balıqları tərəfindən yeyilmək təhlükəsi yüksək idi. Yumurtanı əldə edən klan rəhbəri başçı seçilir və Quş-Adamı titulunu alırdı, həmin ili də onun şərəfinə adlandırırdılar. Yumurtanı gətirən döyüşçüyə isə 7 gözəl qadın hədiyyə edilirdi. Zənnimcə, elə günümüzdə də çox kişilər məmmnuniyyətlə belə bir müsabiqədə iştirak edərdilər
Rapa Nui və ya adı dəyişdirilmədən öncəki kimi Pasxa adasının bax belə maraqlı ənənələri, maraqlı tarixi vardır.
Bu mənim adaya ikinci gəlişim idi. İnanmıram ki, buraya üçüncü dəfə də gəlim, amma Allahdan savayı heç kəs bizi nələr gözlədiyini bilməz. Hələlik isə bu yeri tərk edir və İn Şaa Allah Taitiyə yollanıram

ƏN SON
instagram