Kosta Rikanın heyvanat ailəmi zəngin olmasada, lakin bu bölgəyə məxsus olan heyvanları görmədən ayrılmaq olmazdı. Burada ən məşhur olan dünyanın ən tənbəl heyvanı sayılan Ərincəkdir (Sloth) . Buz dövrü cizgi fiıminin qəhrəmanlarından biri olan Ərincəki görmək üçün “Manuel Antonio” Milli Parkına getdim, və Əlhəmdulillah düz iki bu tənbəl heyvandan gördüm, onlar ilə yanaşı bir neçə növ meymun, timsahlar, iguanalar və zəhərli ilan da önümə çıxdı. Sonuncu yolumuzu kəsmişdi.
Bax belə dostlar.