Kosta-Rikanın məşhur İsti suyu. 17 saatlıq Panama - San Xose səyahətimdən meydana gələn yorğunluğumu yalnız belə yerdə çıxara bilərdim. Bu isti su Arenal vulkanının ətəyində yerləşir, elə mənbəyi də vulkanın özüdür. Ən üstə suyun istiliyi 60 dərəcə olur, sonra aşağı endikçə soyuyur. Bura düşəndə ilk ağlıma gələn o oldu ki, İn şaa Allah bir gün Kəlbəcərimizin İstisuyu da belə gözəl şəklə gələr və dünyaca məşhur termal kurorta çevrilər. Allah bunu görməyi hamımıza nəsib etsin.