17 saat avtobusla Panamadan Kosta-Rikaya olan yolçuluğum nəhayət ki, bitdi.
Kosta-Rika - dünya səyahətimdə son nöqtə, bununla da uzun və maraqlı səyahətimi burada bitirirəm. Planlaşdırılan 180 gün əvəzinə, Allahın izni ilə onu 158 günə tamamladım və demək olar ki, bütün dünya səyahətim Pandemiya dövründə baş tutdu - bu faktor da onun unikallığını artırdı. Məncə son ildə dünyanın bu ağır vəziyyətində təyyarəsiz dünya ətrafında gəzən, 40 ölkəni ziyarət edən, iki dəfə ekvatoru keçən, iki antaqonist nöqtəyə ayaq basan, 60.000 km-dən çox quruları, dənizləri, okeanları qət edən , bütün 6 qitəni ziyarət edən (Antarktida nəzərə alınmır) və bütün bunları təyyarəsiz həyata keçirən, planetimizin tarixinin ən çətin ərəfəsində bacaran olmayıb...
Azərbaycanın müasir tarixində ilk Magellanam və ya yox, onu deyə bilmirəm, amma bu önəmli deyil; əsas odur ki, xəyalımı Allahın izniylə həyata keçirə bildim.
Həmd olsun Allaha, aləmlərin Rəbbinə!