Təsəvvür edin ki, gəlirsiniz dənizkənarı resort otelə. Fikriniz Sakit okeanda çimməkdir. Eyvandan bir milyon dollarlıq mənzərə açılır və bu mənzərəni seyr etdikcə bu eyvanda qalıb heç yerə getmək istəmirsiniz və qərara gəlirsiniz ki, səhər tezdən çimərəm. Səhər oyanırsınız ki, nə mənzərə var, nə okean; okeandan qalan isə qum və palçıqdır.
Bilməyənlər əlbəttə şoka düşər, lakin bu coğrafiyada okeanın suyu hər gün geri çəkilir, suyun səviyyəsi 7 metr aşağı düşür və sahildən 300 metrə qədər aralana bilir. Buralar hər gün 3-4 saat belə cansız bir hala düşür, sonra yenə olduğu kimi olur. Sizlər suyun çəkilməsini və daha sonra qabarmasını görmüsünüz? Əgər cavabınız yoxdursa, bir sonrakı videonu qaçırmayın.